USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin Qazprombank-a təbii qaz ödəmək öhdəliyini götürüb

06.12.2024 İqtisadiyyat
0 0
Rusiya prezidenti Vladimir Putin alıcı şirkətlərin Rusiya qazının ixracına görə Qazprombank-a ödəniş etmək öhdəliyini ləğv edib.

Putinin imzaladığı fərmanla 31 mart 2022-ci il tarixli qərarda Rusiya qazını alan xarici şirkətlərə tətbiq edilən xüsusi ödəniş prosesini müəyyən edən yenilik edilib.

Yeni reqlamentə əsasən, şirkətlər artıq Rusiya qazı üçün Qazprombank-a ödəniş etmək məcburiyyətində deyil, ödənişlər isə üçüncü tərəf bankları vasitəsilə də həyata keçirilə bilər.

Rusiyanın “Qazprom” enerji şirkətinin tərəfdaşlarından biri olan “Qazprombank” Rusiyanın Avropaya ixrac etdiyi təbii qazın ödənişləri üçün istifadə edilib.

ABŞ administrasiyası Rusiyanın beynəlxalq maliyyə sistemindən istifadə etməsinin qarşısını almaq üçün noyabrın 21-dən “Qazprombank”a qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

  • Əvvəlki

    BMT Komitəsi: Boqota hava limanında 20 min naməlum cəsəd gizlənir

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0