USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qeyri-neft-qaz ixracı artıb

10.12.2024 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın qeyri-neft-qaz ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artaraq, 3,1 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-noyabr ayları ərzində yeyinti məhsulları 12,3% artaraq, 923 milyon ABŞ dollarına bərabər olub.

Kommersant.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın dekabr sayı üzrə açıqladığı ilkin məlumatlarda bildirilib.

Cari ilin 11 ayı ərzində şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 65,4% artaraq, 37,5 milyon ABŞ dolları, pambıq lifi 52,6% artaraq, 170 milyon ABŞ dolları, bitki mənşəli yağlar və piylər 32% artaraq, 25,5 milyon ABŞ dolları, qiymətli metallar 29% artaraq, 189,8 milyon ABŞ dolları, kimya sənayesi məhsulları 19,6% artaraq, 265,6 milyon ABŞ dolları, spirtli və spirtsiz içkilərin ixracı 13,5% artaraq 64,4 milyon ABŞ dolları, çay 1,6% artaraq, 6 milyon ABŞ dolları, qara metallar 1,9% artaraq, 48,2 milyon ABŞ dolları, alüminium və ondan hazırlanan məmulatlar 1,5% artaraq 182,7 milyon ABŞ dolları təşkil edib.