USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB tədiyyə balansının cari əməliyyatlar hesabının profisitini açıqlayıb

11.12.2024 İqtisadiyyat
0 0
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti təxminən 4 milyard ABŞ dolları təşkil edib.

Kommersant.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində bildirib.

"Cari əməliyyatlar hesabının ÜDM-də payı 7,2 faiz təşkil edib. Neft-qaz sektorunda cari əməliyyatlar hesabının profisiti 11,1 milyard dollar olduğu halda, qeyri-neft sektorunda 7,1 milyard dollar kəsir müşahidə olunub", – deyə o vurğulayıb.