USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 14,1 faiz artıb

11.12.2024 İqtisadiyyat
0 0
2024-cü ilin yanvar-noyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 993 milyon manata yaxın vergi daxil olub, proqnoza 104,1 faiz əməl edilib.

Ödənilən vergilərin 68,6 faizi qeyri-neft-qaz sektorunun, 31,4 faizi isə neft-qaz sektorunun payına düşüb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 10 milyard 286,2 milyon manatdan artıq olub, dövlət büdcəsinə proqnozdan əlavə 292 milyon manatdan çox vəsait ödənilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 14,1 faiz artıb.