USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

18 şirkətlə memorandum imzalanacaq - ÖZƏL

28.07.2018 İqtisadiyyat
0 0
Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili mövzusunda tədbir keçirilir.

"Kommersant.az" toplantıdan xəbər verir ki, 18 şirkətlə memorandum imzalanacağı bildirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentiyinin idarə heyətinin sədri Orxan Məmmədov çıxışında deyib ki, dövlət biznes xidmətlərinin elektron reyestri yaradılacaq.

Tədbirdə Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktoru Nazim Talıbov da çıxış edib. Bildirib ki, 5 sənaye parkında 11 min iş yeri açılıb. N.Talıbov onu da vurğulayıb ki, polimerlərin 70%-i ixrac olunacaq ki, bu da ölkəyə valyuta axınına zəmin yaradacaq.