Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti taktiki təlim keçirib.
"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, təlimin məqsədi strateji qaz və neft kəmərlərinin mühafizəsi üzrə hazırlığın yoxlanılması və gücləndirilməsidir.
Təlim zamanı konkret insident üzrə kompleks tapşırıqlar yerinə yetirilib.
Təlimdə daxili işlər nazirinin müavini Merab Malania, Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamentinin rəhbərliyi və BP şirkətinin təhlükəsizlik üzrə nümayəndələri iştirak edib.
Qeyd edək ki, Gürcüstan DİN-nin Strateji Boru Kəmərlərinin Mühafizəsi Departamenti Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri, Supsa neft terminalı və onların infrastruktur obyektlərinin təhlükəsizliyini təmin edir.