USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin ödədiyi ƏDV tam geri qaytarılacaq

19.12.2024 İqtisadiyyat
0 0
“Vergi Məcəlləsi”nə edilən dəyişikliyə əsasən, Azərbaycanda tibbi xidmətlərdən istifadə edən tursitlər ödədikləri əlavə dəyər vergisini (ƏDV) tam olaraq geri ala biləcəklər.

Kommersant.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında yazıb.

O qeyd edib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibb xidmətlərinə görə yalnız nağdsız qaydada aparılan ödənişlər üzrə “Tax-free rejimi”ndə ƏDV-nin geri qaytarılması nəzərdə tutulur.

“Dəyişiklikdə əsas məqsəd tibbi turizmə vergi təşviqlərin verilməsidir. Bu o deməkdir ki, Azərbaycanda olan turist tibb xidmətindən istifadə edirsə o zaman ölkəni tərk edən zaman ödədiyi ƏDV-ni geri ala biləcək.

Bu dəyişiklik eyni zamanda tibb müəssislərinin gəlirlərini də artıra bilər. Çünki, yeni dəyişiklikdən sonra turistlərin tibb xidmətlərə tələbinin artacağı istisna deyil. Bu isə səhiyyə sektoru üçün daha çox gəlir deməkdir. Bu eyni zamanda səhiyyə sektorunda keyfiyyətin daha da yüksəldilməsi üçün stimul yarada bilər.

Dəyişikliyin gələn aydan qüvvəyə minməsi gözlənilir”,- deyə V.Bayramov bildirib.

  • Əvvəlki

    Prezident İlham Əliyev Rusiya telekanalına müsahibəsində Qərbi azərbaycanlılar məsələsindən danışıb

Digər xəbərlər

20.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.12.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
20.12.2024 İqtisadiyyat
Bu şirkət Rusiyada söz sahibi olacaq
0 0
19.12.2024 İqtisadiyyat
Rusiyada yeni qanun layihəsi hazırlanıb
0 0
19.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0