USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyada on faizdən yuxarı inflyasiyaya hazırlaşırlar

19.12.2024 İqtisadiyyat
0 0
Rusiyada dekabr ayında inflyasiyanın kəskin sürətlənməsi nəticəsində 2024-cü ilin sonuna qədər qiymətlərin artımı 10,1 faiz olacaq.

Kommersant.az MMI kanalına istinadən xəbər verir ki, Rusiyada 10-16 dekabr arasında inflyasiya 0,35 faiz olub. Son 12 ildə ilin 50-ci həftəsində qiymətlər ortalama 0,18 faiz artıb. Maksimum göstərici 2014-cü ildə 0,37 faiz olub.

Eyni zamanda, son iki həftədə qiymət artımı 0,5 faiz ətrafında olub, buna görə də kanalın müəllifləri bildirirlər ki, dekabr boyunca inflyasiya 1,9 faiz civarında olacaq.

İki həftə əvvəl, MMI kanalını yaratmış və sonra kanalını komandaya təhvil vermiş Mərkəzi Bank rəhbərinin müşaviri Kiril Tremosov, oktyabr üçün 8-8,5 faiz qiymət artımı proqnozunun ciddi şəkildə aşılacağını etiraf edib. Onun sözlərinə görə, inflyasiya, çox güman ki, 9 faizi keçəcək.

Ötən gün isə məlum olub ki, dekabrda rusların inflyasiya gözləntiləri 13,9 faizə çatıb və bu ilin ən yüksək göstəricisi olub. Bu zaman faktiki inflyasiya 15,9 faiz təşkil edib.

Qiymət artımı və inflyasiya gözləntiləri, Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini müəyyən edərkən nəzərə aldığı əsas faktorlardandır. Çoxsaylı ekspertlər hesab edirlər ki, inflyasiyanın sürətlənməsi pul-kredit siyasətinin sərtləşməsinə səbəb olacaq və faiz dərəcəsi 23 faizə qalxacaq, lakin bəzi analitiklər faiz dərəcəsinin 25 faizə yüksələcəyini düşünürlər.

  • Əvvəlki

    Peskov: Süni intellekt ölkədə nəyin yanlış olduğunu anlamağa imkan verir

Digər xəbərlər

20.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.12.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
20.12.2024 İqtisadiyyat
Bu şirkət Rusiyada söz sahibi olacaq
0 0
19.12.2024 İqtisadiyyat
Rusiyada yeni qanun layihəsi hazırlanıb
0 0
19.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
19.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0