USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Çinə elektrik enerjisi satışını rekord dərəcədə azaldacaq

19.12.2024 İqtisadiyyat
0 0
Rusiya 2024-cü ildə elektrik enerjisinin ixracını 20 faiz azaldaraq 8,5 milyard kilovat-saata endirəcək.

Bu barədə "İnter RAO"nun (ixrac və idxal operatoru) idarə heyətinin üzvü Aleksandra Panina, "Rusiya Bərpa Olunan Energetikası" konfransında çıxışı zamanı məlumat verib.

2010-2020-ci illər arasında Rusiya hər il ortalama olaraq Çinə 3 milyard kilovat-saat enerji ixrac edirdi, amma indi ixracı məhdudlaşdıran əsas amil elektrik enerjisi çatışmazlığıdır. Uzaq Şərqdə enerji gücü çatışmazlığı müşahidə olunur və hazırda enerji ixracı çox aşağı səviyyələrdə qalır, hətta bu göstərici sıfıra enə bilər.

Aleksandra Panina qeyd edib ki, Rusiya ilə Çin arasında elektrik enerjisi tədarükünə dair müqavilə mövcuddur, lakin Rusiya tərəfi artıq bu müqaviləni tam həcmdə yerinə yetirə bilmir. Çindəki bu itkini qismən kompensasiya etmək üçün Qazaxıstan Rusiya ilə enerji idxalını artırıb.

Kept şirkətindən Sergey Rozenko vəziyyəti təbii hal olaraq qiymətləndirib, çünki bu bölgədə eyni vaxtda həm elektrik enerjisinə olan tələbin artması, həm də enerji istehsal güclərinin yüksək dərəcədə istifadə olunması müşahidə edilir. Ekspert qeyd edib ki, yaxın gələcəkdə vəziyyətin dəyişməsi ehtimalı azdır.

Sentyabr ayında Rusiya Energetika Nazirliyinin rəhbəri Sergey Tsivilev bildirib ki, Rusiyanın enerji sektoru maliyyə çatışmazlığı ilə üzləşir və SSRİ-nin dağılmasından sonra qalan ehtiyatlar artıq tükənib.

Modernləşmə isə yerli avadanlıq tədarüklərinin pozulması ilə çətinləşir. Xüsusilə "Silovı maşınlar" şirkəti bildirib ki, 21 parosilov turbinini zamanında təhvil verə bilməyəcək. Bu turbinlər vasitəsilə çoxsaylı elektrik stansiyalarının yenilənməsi planlaşdırılırdı.

  • Əvvəlki

    “Neolit” restoranında yanğın söndürülüb - Yenilənib

Digər xəbərlər

20.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
20.12.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
20.12.2024 İqtisadiyyat
Bu şirkət Rusiyada söz sahibi olacaq
0 0
19.12.2024 İqtisadiyyat
Rusiyada yeni qanun layihəsi hazırlanıb
0 0
19.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
19.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0