USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cari ildə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib

28.07.2018 İqtisadiyyat
0 0
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Zaqatalada növbəti vətəndaş qəbulu keçirib.

"Kommersant.az"ın Report-a istinadən verdiyi xəbərə görə, Heydər Əliyev mərkəzində reallaşan qəbul zamanı vətəndaşların daşınmaz əmlakla bağlı bütün təklif və müraciətlərinə baxılıb. Qeyd edək ki, komitənin struktur vahidlərinin də iştirak etdiyi qəbulda Zaqatala rayonu ilə yanaşı, Balakən və Qax rayonlarının sakinlərinin də müraciətləri dinlənilib. Səsləndirilən müraciətlərin bir qismi torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, vaxtilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı, əmlaklara dair mülkiyyət hüququnun əldə edilmə qaydası, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb. Bütün vətəndaş müraciətlərini həssaslıqla dinləyən komitə sədri Kərəm Həsənov müraciətlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Verilən tapşırıqlara əsasən bir sıra vətəndaş müraciətləri elə həmin gün öz müsbət həllini tapıb. Araşdırılması tələb olunan müraciətlərin həll olunması üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verildi. Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb. Komitə sədri Kərəm Həsənov torpaqların kateqoriyaları ilə bağlı tələblərə riayət olunmasının vacibliyini bildirib, əks halda qanunvericiliklə müvafiq tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, mühafizə zolaqlarının tələblərinə əməl edilməyən torpaq istifadəçiliyinə, torpaqların münbit qatının korlanmasına, xüsusən kənd təsərrüfatı torpaqlarının təyinatına uyğun istifadə olunmasına qarşı nəzarət tədbirləri gücləndirilib. Bildirilib ki, torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbuluna, bu sahədə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə, o cümlədən torpaq balansını dəqiqləşdirməyə imkan verən torpaqların elektron kadastr uçotu işləri 19 rayonda yekunlaşıb. 8 rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri müvafiq dövlət qurumlarının praktiki istifadəsinə verilib. Bildirilib ki, dövlət başçısının 19 iyul 2016-ci il tarixli fərmanına uyğun olaraq özəlləşdirmənin sürətləndirilməsi ölkədə geniş sahibkarlıq təbəqəsini formalaşdırır, iqtisadiyyatda fəallığı artırır, yeni iş yerlərinin açılmasına imkan verir. Yerli və xarici investorların cəlb edilməsi məqsədilə özəlləşməyə yeni dövlət əmlakları çıxarılır, həmin əmlaklar haqqında məlumatlar isə ətraflı olaraq "Özəlləşmə" portalında yerləşdirilir. Qəbul zamanı vətəndaşlara özəlləşdirməni sadələşdirən və effektivliyini artıran elektron hərrac sistemi barədə də məlumat verilib. Bildirilib ki, cari il ərzində ümumilikdə 100 -dən artıq hərrac keçirilib, 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə struktur bölmələr tərəfindən göstərilən xidmətlərdə maksimum məmnunluğun , çevikliyin , əlçatanlığın , şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, qeydiyyatla bağlı işlər təkmilləşdirilməli , qanunvericilik çərçivəsində vətəndaş maraqlarının təminatına əsəslanaraq müraciətlər operativ həll olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər. Reqional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

  • Əvvəlki

    Sabaha olan - HAVA PROQNOZU

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0