USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişmədi

20.12.2024 İqtisadiyyat
0 0
Rusiya Mərkəzi Bankı növbəti clasında uçot dərəcəsini kreditləşmə və inflyasiya dinamikasını nəzərə alaraq qiymətləndirəcək.

Kommersant.az xəbər verir ki, bu barədə Rusiyanın tənzimləyici qurumundan bildirilib.

Rusiya Mərkəzi Bankı analitiklərin proqnozlarına zidd olaraq uçot dərəcəsini illik 21% səviyyəsində saxlamağa qərar verib. Lakin qeyd edib ki, növbəti iclasda dərəcənin artırılması ehtiyacı qiymətləndiriləcək.

"2024-cü il dekabrın 20-də Mərkəzi Bankın Direktorlar Şurası uçot dərəcəsini illik 21% səviyyəsində saxlamağa qərar verdi. Pul-kredit şəraiti oktyabr ayının uçot dərəcəsi qərarından daha sərtləşib. Bu, pul siyasətindən müstəqil faktorlardan yaranan təsirlərin nəticəsidir," – deyə Mərkəzi Bank öz şura iclasının nəticəsi olaraq yaydığı mətbuat bəyanatında bildirib.

"Borc alanlar üçün faiz dərəcələrinin əhəmiyyətli dərəcədə artması və kredit fəaliyyətinin zəifləməsi nəzərə alındığında, pul-kredit şəraitinin əldə edilmiş sıxlığı inflyasiyanın hədəfə qayıtması və disinflasiya proseslərinin bərpası üçün lazımi şərtləri yaradır. Baxmayaraq ki, cari qiymət artışı və daxili tələbat hələ də yüksəkdir".

Eyni zamanda, orta müddətli dövr üçün inflyasiya risklərinin balansı hələ də əhəmiyyətli dərəcədə yuxarıya doğru artıb. Baxmayaraq ki, müəyyən disinflasiya risklər artıb. "Əsas inflyasiyaya təkan verən risklər, inflyasiya gözləntilərinin davamlı yüksək qalması, Rusiyanın iqtisadiyyatının balanslı inkişaf yolunda azalması və xarici ticarət şəraitinin pisləşməsi ilə əlaqəlidir. Disinflasiya risklər isə kreditləşmənin böyüməsinin və daxili tələbatın daha sürətli yavaşlaması ilə bağlıdır, bu isə pul-kredit şəraitinin sərtləşməsinin təsiridir" – deyə açıqlamada deyilir.

Rusiya Mərkəzi Bankından həmçinin vurğulanıb ki, növbəti iclasda uçot dərəcəsinin artırılması ehtiyacı "kreditləşmə və inflyasiya dinamikasını nəzərə alaraq" qiymətləndiriləcək.