USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED rəsmisi uçot dərəcəsinin endiriminə niyə qarşı çıxdığını - AÇIQLADI

20.12.2024 İqtisadiyyat
0 0
"Amerika Mərkəzi Bankı (Fed) Cleveland şöbəsinin rəhbəri Beth Hammack, inflyasiyanın 2% hədəfinə çatmadığına dair daha çox sübut olmadıqca faiz dərəcələrini endirməyi məqsədəuyğun hesab etmədiyini bildirib. Hammack, faiz dərəcələrinin sabit saxlanılmasının indiki şəraitdə doğru qərar olduğunu vurğulayıb."

Hammack, yazılı açıqlamasında ABŞ iqtisadiyyatının yaxşı vəziyyətdə olduğunu, lakin inflyasiya məsələsində daha çox iş görülməsinin lazım olduğunu qeyd edib.

İqtisadi artımın güclü və əmək bazarının sağlam olduğunu vurğulayan Hammack, maliyyə şəraitinin ümumilikdə daha sərbəst olduğunu və iş dünyasında etimadın davam etdiyini bildirib.

Hammack, müsbət inkişaflara baxmayaraq inflyasiyanın yüksək səviyyədə qaldığını vurğulayıb və inflyasiyanın 2%-ə endirilməsi ilə bağlı son irəliləyişlərin qeyri-müntəzəm olduğunu bildirib.

Əmək bazarının sağlamlığını nəzərə alaraq, inflyasiyanı zamanında 2%-ə endirməyə fokuslanmanın vacib olduğunu bildirən Hammack, "Bu hədəfə çatmaq üçün maliyyə siyasətinin bir müddət daha mülayim şəkildə məhdudlaşdırıcı qalması lazım olduğuna inanıram. Maliyyə siyasətinin neytral vəziyyətdən çox da uzaq olmadığına dair proqnozuma əsaslanaraq, inflyasiyanın 2% hədəfimizə doğru irəlilədiyinə dair daha çox sübut görmədən faiz dərəcəsini sabit tutmağı üstün tuturam." ifadəsini işlədib.

Son iqtisadi göstəricilərin gücü, dəstəkləyici maliyyə şəraiti və sağlam əmək bazarı mühiti ilə bağlı inflyasiyanın gələn il boyunca 2%-in bir az üzərində qalacağına dair proqnozunu açıqlayan Hammack, dekabr ayındakı iclasda faiz dərəcəsini sabit saxlamağın ən yaxşı seçim olduğunu düşündüyünü bildirib. O, iqtisadi artım və son dövrlərdəki yüksək inflyasiya göstəricilərinin gələcək illər üçün inflyasiya proqnozlarını yuxarı doğru yeniləməyə səbəb olacağını vurğulayıb.

İnflyasiyanın 2%-in üzərində çox uzun müddət qalmasının inflyasiya gözləntilərini poza biləcəyini və inflyasiyanı hədəfə yönəltməyi daha da çətinləşdirə biləcək.

Qeyd edək ki, FED, 17-18 dekabr tarixlərində keçirilən bu ilin son iclasında, gözlənilənə uyğun olaraq, uçot dərəcəsini 25 bənd azaldaraq 4.25 faizə endirib. Bu qərar 1-ə qarşı 11 səslə qəbul edilib. Uçot dərəcəsinin sabit saxlanılmasının tərəfdarı olan Hammack, əks səslə qərar verib."