Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 81,164 milyon ABŞ dolları dəyərində 88,319 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.
Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,503 milyon ABŞ dolları və ya 16,03%, həcm ifadəsində isə 12,419 min ton və ya 12,3% azdır.
11 ayda qara metallar və onlardan hazırlanan məmulatların ixracı Azərbaycanın ümumi ixracının 0,33%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 2,63%-ni təşkil edib.
Eyni zamanda bu ilin ilk 11 ayında Azərbaycan 1,08 milyard ABŞ dolları dəyərində 951,061 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 77,591 milyon ABŞ dolları və ya 7,7%, həcm ifadəsində isə 138,895 min ton 17,1% çoxdur.
11 ayda qara metallar və onlardan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 6,34%-ni təşkil edib.