USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft bahalaşdı

23.12.2024 İqtisadiyyat
0 0
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin mart müqaviləsinin dəyəri 0,45% artaraq 1 barelə görə 72,89 ABŞ dolları təşkil edib.

Kommersant.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,55% artaraq 1 barelə görə 69,83 ABŞ dollarına bərabər olub.