"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirovun qatar biletlərinin qiymət artımına aydınlıq gətirərkən məhz "Kommersant.az"a verdiyi "Hər yerindən duranın SV-yə bilet alır deyə qiymətləri qaldırdıq” məzmunlu açıqlaması cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Kommersant.az xəbər verir ki, Moderator.az-ın əldə etdiyi məlumata görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb.
Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.