Litvanın “Trust Project Services” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.
Kommersant.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, ev 16E, "Time Business Center" ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Trust Project Services Məhdud Məsuliyyətli Cəmiyyəti”nin Azərbaycan Respublikasındakı filialı 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Dane Yakob Huibertdir.