USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank bir ödəniş təşkilatını cərimələdi, digərinə isə...

24.12.2024 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) "Paysis" MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması və "Global İnnovations" MMC-yə icrası məcburi göstəriş verilməsi ilə bağlı qərar verib.

Bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Bildirilib ki, ödəniş təşkilatı ödəniş sərəncamının icrasından əvvəl sərəncamın icra müddəti və nəzarət orqanının əlaqə məlumatlarının əlçatanlığının təmin edilməsi, ödəniş sərəncamından sonra isə ödəniş xidməti istifadəçisinin məlumatlandırılması zamanı ödəniş əməliyyatlarının icrası üzrə ödənilən xidmət haqlarının məbləği barədə məlumatın təqdim edilməsi istiqamətində verilmiş icrası məcburi göstərişin vaxtında icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə müvafiq olaraq 1000 manat məbləğində cərimə edilib.

Həmçinin, qeyd olunub ki, "Global İnnovations"a məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması ilə bağlı Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstəriş verilib.

  • Əvvəlki

    SOCAR-dan yanacaq çatışmazlığı iddialarına - CAVAB

Digər xəbərlər