USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə höküməti lirənin ucuzlaşmasını dayandıra bilmir

24.12.2024 İqtisadiyyat
0 0
Türkiyənin milli valyutası olan lirə hər gün ABŞ dolları qarşısında ciddi dəyər itirir. Türkiyə höküməti və "Türkiyə iqtisadiyyatına mən cavabdehəm" fikrini səsləndirən prezident Rəcəp Tayyib Ərdoğan milli valyutasına kömək edə bilmir.

Kommersant.az xəbər verir ki, 24.12.2024 tarixinə 1 dollar 35.25 lirəyə bərabər olub.

Qeyd edək ki, Türkiyədə valyuta məzənnələrindəki dəyişikliklər bir çox amillərdən asılıdır, o cümlədən iqtisadi siyasətdən. Lirənin ucuzlaşması, xüsusilə idxal mallarının qiymətlərinin artmasına və inflyasiya təzyiqlərinin güclənməsinə səbəb olur. Bu kimi təzyiqləri isə ilk növbədə Türkiyə vətəndaşları hiss edir.

  • Əvvəlki

    Azərbaycanın xarici ticarət balansı - Dövlət büdcəsinə nəzarət

Digər xəbərlər