2024-cü ilin yanvar-noyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 1 milyard 222 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.3% çoxdur.
Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 694 milyon 53 min manat olub ki, bu da 39.5% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 1 milyard 108 milyon manat, sığorta ödənişlərinin həcmi isə 497 milyon 466 min manat olub.