USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident İlham Əliyev 2025-ci ilin dövlət büdcəsini təsdiqlədi

27.12.2024 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

Kommersant.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 356 000,0 min manat, xərcləri 41 407 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 562 064,0 min manat, yerli gəlirləri 793 936,0 min manat, mərkəzləşdirilmiş xərcləri 40 608 389,0 min manat, yerli xərcləri 799 211,0 min manat) məbləğində təsdiq edilib.

Prezident İlham Əliyev sözügedən qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərman imzalayıb.

Fərmana əsasən, funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə təsdiq edilib.

  • Əvvəlki

    Dekabr ayının bütün sosial ödənişləri yekunlaşdı

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0