USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ASC-nin kapitalından milyonlarla manat geri çəkildi

28.12.2024 İqtisadiyyat
0 0
"Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldır.

Kommersant.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Məlumata görə, ASC nizamnamə kapitalının 32 630 600 manatdan 171 740 manata azaldığını elan edir.

Bildirilib ki, nizamnamə kapitalının azalması ilə əlaqədar kreditorlar bir ay ərzində tələblərini AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Sakit Qocayev küçəsi, ev 21 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Bakı Çayçəkici" Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cu ildə dövlət qeydiyyatına alınıb. ASC-nin qanuni təmsilçisi Babayev Ayaz Şaiq oğludur.