USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azimut" Minvod və Soçidən Azərbaycana olan reyslərini ləğv etdi

28.12.2024 İqtisadiyyat
0 0
"Azimut" aviaşirkəti Mineralnıye Vodı və Soçi hava limanlarından Azərbaycana olan reyslərini ləğv edib.

Kommersant.az xəbər verir ki, bu barədə "İnterfaks” məlumat yayıb.

Mineralnıye Vodı–Bakı, Mineralnıye Vodı–Gəncə və Soçi–Bakı reysləri Azərbaycan hava limanlarının slotları geri çağırdığı üçün ləğv olunub. Bu isə öz növbəsində Azərbaycanın aviasiya rəhbərliyi tərəfindən uçuş icazəsinin geri çağırılması ilə əlaqədardır.

25 dekabr səhər saatlarında "Azərbaycan Hava Yolları" (Azerbaijan Airlines) aviaşirkətinə məxsus, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanında qəzaya uğrayıb. Qəza öncəsi təyyarənin ekipajı təcili eniş tələb etmişdi.

Hadisədən sonra bir sıra aviaşirkətlər Rusiyaya uçuşları dayandırmağa başlayıb. Xüsusilə, söhbət "Azərbaycan Hava Yolları", İsrailin "El Al”, Qazaxıstanın "Qazaq Air” aviaşirkətlərindən gedir. Bundan əlavə, "Flydubai” aviaşirkəti də Soçi və Mineralnıye Vodı şəhərlərindən Dubaya reyslərini 28 dekabrdan 5 yanvara qədər ləğv etdiyini elan edib.