USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya bazarlarında neft bahalaşıb

30.12.2024 İqtisadiyyat
0 0
Dekabrın 30-da dünya bazarlarında neft bahalaşmaqda davam edib.

Kommersant.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin fevral müqaviləsinin dəyəri 0,18% və ya 0,13 dollar artaraq 1 barelə görə 74.30 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə 2025-ci ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,07% və ya 0,05 dollar artaraq 1 barelə görə 70.65 ABŞ dollarına bərabər olub.