USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Antiinhisar qurumu “Rahat Market”i məhsulları baha satmasına görə - CƏRİMƏLƏDİ

09.01.2025 İqtisadiyyat
0 0
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti marketlər şəbəkəsi “ANC Group” MMC (Rahat Market) qida məhsullarını üzərində göstərilmiş qiymətindən baha satılmasına görə barəsində protokol tərtib edilib. Ümumilikdə marketlər şəbəkəsi ilə bağlı ötən il iki dəfə eyni maddə ilə iş qaldırılıb.

Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatında bildirilir.

Məlumata görə, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndindəki maddəyə uyğun pozuntu etdiyi aşkar edilib.

Bildirilir ki, “ANC Group” MMC barəsində 13 fevral və 4 dekabr 2024-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-cu maddəsi ilə inzibati protokol tərtib edilib. Bu maddəyə görə, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “ANC Group” MMC-nin nizamnamə kapitalı 7 083 000 manatdır və direktoru Samir Abdullayev Rafiq oğludur. Şirkətin nizamnamə kapitalının 10 faizi Babakişiyev Cəlal Rasim oğluna və 90 faizi “ABDA Retail İnvestment Holding LTD”yə məxsusdur.