USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən Azərbayacana elektrik avadanlıqları ixracı azalıb

09.01.2025 İqtisadiyyat
0 0
2024-cü ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 14,2 faiz azalaraq, 225 milyon 819 min 47 dollara bərabər olub.

Kommersant.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin dekabr ayında Türkiyə Azərbaycana 20 milyon 95 min 93 dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 34,6 faiz azdır ” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,9 faiz artaraq, 16 milyard 677 milyon 730 min dollara bərabər olub.

“2024-cü ilin dekabr ayında Türkiyə 1 milyard 478 milyon 712 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 3,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2023 – dekabr 2024) Türkiyə 16 milyard 677 milyon 730 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.