USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kontakt Home barəsində “keyfiyyətsiz mal” satılmasına görə iş qaldırılıb

09.01.2025 İqtisadiyyat
0 0
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti keyfiyyətsiz (müqavilə şərtlərinə uyğun olmayan) mal satıldığı və malın dəyişdirilməsi və ya geri qaytarılmasından imtina edilməsinə görə “ABC-Telecom” MMC (Kontakt Home) barəsində protokol tərtib edib.

Kommersant.az xəbər verir ki, bu barədə Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2024-cü ilin yanvar – dekabr ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumatda bildirilir.

Məlumata görə, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 5-ci maddəsinin 7-ci bəndindəki maddəyə uyğun pozuntu etdiyi aşkar edilib.

Qeyd edilir ki, şirkət tərəfindən müştəriyə “keyfiyyətsiz mal satılıb və malın dəyişdirilməsi və ya geri qaytarılmasından imtina edilmişdir”.

Bildirilir ki, “ABC-Telecom” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2 maddəsi ilə satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması 447.01 malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması ilə protokol tərtib edilib.

İXM-nin 442-ci maddəsinə əsasən, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə – inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

İXM-nin 447.0.1. maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.