USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

100 min ton Rusiya gübrəsi Avropa limanlarında saxlanılır

10.01.2025 İqtisadiyyat
0 0
Rusiyanın ən böyük gübrə istehsalçılarından biri olan Uralchem-in baş direktoru Dmitri Konyayev 100 min ton rus gübrəsinin Avropa limanlarında saxlandığını açıqlayıb.

Rusiyanın ən böyük gübrə istehsalçılarından biri olan “Uralchem”in baş meneceri Dmitri Konyayev Rusiya dövlət kanalı “Rossiya-24”ə açıqlamasında humanitar yardım məqsədilə müxtəlif ölkələrə 200 min ton gübrə göndərdiklərini bildirib.

Xüsusilə ərzaq təhlükəsizliyi problemi olan ölkələrə daşınma yönləndirdiklərini vurğulayan Konyayev, "Avropa limanlarında da təxminən 100 min ton gübrə gözləyir" deyib.

Rusiya Gübrə İstehsalçıları Assosiasiyasının rəhbəri Andrey Quryev ötən ay bildirib ki, ölkənin gübrə ixracı 2024-cü ildə rekord həddə - 40 milyon tona çatacaq.

Rusiya qlobal bazarda 16 faiz payla Çindən sonra ikinci ən böyük gübrə ixracatçısıdır.

  • Əvvəlki

    BMT qlobal artımda durğunluq barədə xəbərdarlıq edir

Digər xəbərlər