USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fed üzvləri qeyri-müəyyənliklərə qarşı diqqətli olmağa çağırır

10.01.2025 İqtisadiyyat
0 0
Philadelphia FED sədri Harker, iqtisadiyyatdakı qeyri-müəyyənliklər səbəbiylə faiz endirimi prosesinin dayandırılmasının məqsədəuyğun ola biləcəyini söylədi. Boston Fed sədri Collins isə inflyasiyanın eniş tempinin gözləntilərin altında olduğunu vurğulayaraq, daha ehtiyatlı yanaşmanın lazım olduğunu bildirib. Hər iki Fed üzvü yeni iqtisadi siyasətlərin təsirini proqnozlaşdırmaq üçün diqqətli addımlar atmağın vacibliyini vurğuladı.

Filadelfiya Fed sədri Patrick Harker və Boston Fed sədri Susan Collins ABŞ Federal Ehtiyat Sisteminin davam edən faiz endirimi ilə bağlı artan qeyri-müəyyənliyə diqqət çəkib.

Harker: Fed qeyri-müəyyənlik fonunda fasilə verməlidir

Harker, rəsmilərin bu il faiz dərəcələrini azaltmaq yolunda olduğunu, lakin dəqiq vaxtın iqtisadiyyatda baş verənlərdən asılı olacağını söylədi. Harker, qeyri-müəyyənliklər səbəbiylə FED-in fasilə verməsinin məqsədəuyğun ola biləcəyini də qeyd edib.