USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın ticari xam neft ehtiyatları azalır

10.01.2025 İqtisadiyyat
0 0
ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftəyə nisbətən təxminən 1 milyon barrel azalıb.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya xam neft ehtiyatlarının keçən həftə təxminən 1 milyon barrel azalaraq 414,6 milyon barrelə düşdüyünü açıqlayıb. Bazar gözləntiləri ehtiyatların təxminən 1,8 milyon barel azalacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları təxminən 200 min barel artaraq 393 milyon 800 min barrelə çatıb.

Bu dövrdə ABŞ-ın benzin ehtiyatları təxminən 6 milyon 300 min barel artaraq 237 milyon 700 min barrelə yüksəldi.

Neft hasilatı azalıb

ABŞ-ın gündəlik xam neft hasilatı 28 dekabr-3 yanvar həftəsində 1000 barrel azalaraq 14 milyon 10 min barrel oldu.

Digər tərəfdən, ölkənin xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 497 min barrel azalaraq 6 milyon 428 min barrelə, xam neft ixracı isə gündəlik orta hesabla 776 min barrel azalaraq 3-ə çatıb.