USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya şirkəti Azərbaycan bazarını tərk edir

10.01.2025 İqtisadiyyat
0 0
Rusiya şirkəti “NQP İNFORM” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib.

Kommersant.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetindən məlumat əldə edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti̇, ev 25E ünvanına bildirə bilərlər.

Qeyd edək ki, filial Azərbaycanda 2022-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Orucov Rüfət Elçin oğludur.