USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya iqtisadiyyatının 2025-ci ildə zəifləməsi gözlənilir

10.01.2025 İqtisadiyyat
0 0
Rusiya sanksiyalar və inflyasiya ilə mübarizə ilə 2024-cü ili geridə qoyarkən, görülən tədbirlərin təsirləri ilə 2025-ci ildə iqtisadiyyatda zəifləmə gözlənilir.

Rusiya İqtisadi İnkişaf Nazirliyi, Rusiya Mərkəzi Bankı və ölkədəki müxtəlif qurumlardan AA müxbirinin tərtib etdiyi məlumata görə, Rusiya iqtisadiyyatının 2024-cü ili 3,9 faiz artımla bağlayacağı gözlənilir.

Belə ki, ölkə iqtisadiyyatının iki il dalbadal dünya üzrə orta göstəricinin 3,2 faiz üzərində böyüməsi gözlənilsə də, 2024-cü ilin noyabr ayı etibarilə işsizlik nisbəti 2,3 faizlə Rusiya tarixində ən aşağı səviyyədə qalmaqda davam edir.

Rekord işsizlik səviyyəsinin əsas səbəblərindən biri olan işçi qıtlığı səbəbiylə maaşlar artmağa davam edərkən, rusların inflyasiyaya uyğunlaşdırılmış real gəlirləri 2024-cü ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb.

Rusiya rəsmiləri yekdil fikirdədirlər ki, müharibə səbəbindən ölkə iqtisadiyyatı həddindən artıq qızıb, sənaye imkanları daxili tələbi ödəyə bilməyib və bunun əsas səbəbi kimi idxala qarşı sanksiyalar göstərilib.

Artan gəlirlər səbəbiylə qarşısıalınmaz daxili tələb inflyasiya səviyyəsini hədəflənmiş həddən yuxarı qaldırsa da, Rusiya Mərkəzi Bankı siyasət faizini sonuncu dəfə oktyabrın 25-də 200 baza bəndi artıraraq 21 faizə çatdırıb.