USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliyada qurumlara və banklara kiberhücum

13.01.2025 İqtisadiyyat
0 0
İtaliyada bəzi bank və qurumların rus hakerlər tərəfindən kiberhücumlara məruz qaldığı bildirilib. Hücum Ukrayna lideri Vladimir Zelenskinin İtaliyaya səfərindən sonra baş verib. Qeyd olunub ki, hakimiyyət hələ də sözügedən saytların funksional olması üçün çalışır.

Ukrayna prezidenti Vladimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumlara məruz qalıb.

İtaliyanın ANSA agentliyi səhər saatlarında Intesa və Monte Paschi, Taranto və Trieste limanları və özəl qurumlar da daxil olmaqla bir neçə böyük bankın internet saytlarının yenidən sındırıldığını bildirib.

Kiberhücumun Rusiyayönlü “NoName057” adlı hakerlər qrupu tərəfindən həyata keçirildiyi öyrənilib.

Saytlar hələ də əlçatan deyil

Hesabatda qeyd olunub ki, Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumlara dəstək verir və sözügedən saytların funksional olması üçün çalışır.

  • Əvvəlki

    Bayden və Netanyahu Qəzzada atəşkəs üçün kritik görüş keçirib

Digər xəbərlər

13.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
13.01.2025 İqtisadiyyat
Britaniya Xəzinəsinin Kansleri Rivz Çində
0 0