USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqı AZAL-ın özəlləşdirilməsini təklif edib

30.07.2018 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) “Aviasiya sazişi” ilə bağlı təkliflərini Azərbaycana təqdim edib və hazırda hökumətin təkliflərini gözləyir.

"Kommersant.az" xəbər verir ki, bunu qurumdakı mənbə bildirib.

Mənbənin məlumatına görə, təkliflər arasında "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin özəlləşdirilməsi ilə bağlı müddəalar da var:

"Bilirik ki, AZAL dövlət büdcəsinə daha çox vəsait gətirə bilər. Təklif etmişik ki, onu özəlləşməyə çıxarsınlar. Digər ölkələrin təcrübəsindən də yararlana bilərlər və biz həmin ölkələrin təcrübələrini də hökumətə təqdim etmişik. Təkliflərdə göstərmişik ki, AZAl bazar iqtisadiyyatına keçsə, burda neqativ heç nə yoxdur".

Qeyd edək ki, hazırda AZAL-ın səhmlərinin 100% dövlətə məxsusdur. Bir müddət əvvəl Moldova öz milli aviadaşıyıcısını özəlləşməyə çıxarıb. Gürcüstanda isə bu bir neçə il qabaq baş verib və hazırda bu ölkənin milli aviaşirkətinin səhmlərinin 49%-i özəl sektora, 51%-i dövlətə məxsusdur.

© Report

  • Əvvəlki

    Bu günədək 22 bank xalis mənfəət açıqlayıb - SİYAHI

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0