USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya dörd günlük iş modelinə keçməyə hazırlaşır

13.01.2025 İqtisadiyyat
0 0
Rusiya gələcəkdə bəzi sektorlar istisna olmaqla, dörd günlük iş gününə keçməyi planlaşdırır.

Rusiya Dövlət Dumasının Əmək Komitəsinin sədri Yaroslav Nilov bildirib ki, ölkə sonda dördgünlük iş həftəsinə keçə bilər. Nilov bu transformasiyanın hər sektor və vəzifə üçün keçərli olmayacağını, bəzi peşəkar qruplarda həyata keçirməyin mümkün olmadığını bildirib.

Sputnik-ə danışan Nilov xüsusilə səhiyyə sektorunda həkimlərin evdən əməliyyat edə bilməyəcəyini və ya xəstə qəbulunu azalda bilməyəcəyini vurğulayıb. Nilov bildirib ki, iş vaxtının bu mümkün azaldılması maliyyə vəsaitləri və ya texnoloji inkişaflarla kompensasiya edilməlidir.

“Bu nöqtədə düşünürəm ki, texnologiya işə girməlidir. Robotlaşdırma və süni intellekt əmək məhsuldarlığını azaltmadan və hətta artırmadan vətəndaşların gəlirlərini artıra və iş yerində fiziki mövcudluğu azalda bilər”, - deyən Nilov və bu prosesin tədricən və ahəngdar şəkildə baş verməli olduğunu bildirib.