USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ nəhəngi neft qiymətlərinin artacağını proqnozlaşdırır

13.01.2025 İqtisadiyyat
0 0
Goldman Sachs, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının neftin qiymətini bir barel üçün 85 dollardan yuxarı qaldıra biləcəyini proqnozlaşdırıb.

Goldman Sachs hesab edir ki, ABŞ-ın Moskvaya qarşı son sanksiyaları Rusiya neft hasilatının azalmasına səbəb olarsa, Brent markalı neftin qiyməti qısa müddətdə 85 dollar/bareldən yuxarı qalxa bilər.

Bank bildirib ki, Rusiya hasilatının azalması İran hasilatının azalması ilə eyni vaxta düşərsə, qiymətlər bir barel üçün 90 dollara çata bilər.

ABŞ prezidenti Co Bayden, Kiyev və Donald Trampın yeni administrasiyasına Ukraynada sülh razılaşmasına nail olmaq üçün rıçaq vermək məqsədi ilə cümə günü Rusiyanın neft və qaz gəlirlərini hədəf alan ən geniş sanksiyalar paketini tətbiq edib.

Treyderlər və analitiklər bildiriblər ki, Rusiya istehsalçılarına və gəmilərinə qarşı sanksiyalar Çin və Hindistan neft emalı şirkətlərini Yaxın Şərq, Afrika və Amerikadan daha çox neft əldə etməyə məcbur edə bilər ki, bu da neft qiymətlərini və yükdaşıma xərclərini artıra bilər.

ICE birjasında Brent markalı neft bu səhər 1,68 faiz bahalaşaraq 81,1 dollara satılıb.

  • Əvvəlki

    Avro dollar qarşısında 26 ayın ən aşağı məzənnəsindədir

Digər xəbərlər