1 yanvar 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı artıb.
Bu barədə Dövlət Vergi xidmətinə istinadən xəbər verir.
Məlumata görə, ölkədə aktiv vergi ödəyicilərinin sayı 5,9 faiz artaraq, 806,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 15,6 faiz artaraq, 52,8 min təşkil edib.
Qeyd olunub ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,3 faiz artıb və 217,4 min olub.