USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Samsung və Apple smartfonlarının satışları 2024-cü ilin 4-cü rübündə azalır

14.01.2025 İqtisadiyyat
0 0
Qlobal smartfon satışları ötən ilin dördüncü rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artsa da, Samsung və Apple-ın satışları azalıb.

“International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına görə, 2024-cü ilin son rübündə qlobal smartfon satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 331,7 milyon ədəd təşkil edib.

Hesabatda satışların ardıcıl altıncı rübdə artdığı, qlobal smartfon satışlarının illik bazda 6,4 faiz artaraq 2024-cü ildə 1,24 milyard ədədə çatacağı gözlənilir.

Bu il bazarda böyümənin daha yavaş da olsa davam edəcəyinin gözlənildiyi bildirilən hesabatda bazarın ilk beş oyunçusunun satış rəqəmləri də yer alıb.

İki şirkətin bazar payları azalıb

Hesabatda Apple və Samsung-un dördüncü rübdə və il ərzində ilk iki mövqelərini qoruduğu, lakin satışlarının illik bazda azaldığı və Çin satıcılarının böyüməsi səbəbindən iki şirkətin bazar paylarının daraldığı qeyd edilib.

IDC məlumatlarına görə, Apple ötən ilin son rübündə 23,2 faiz bazar payı ilə birinci yerdə qərarlaşıb.

Samsung 15,6 faiz bazar payı ilə ikinci, Xiaomi isə 12,9 faizlə üçüncü olub. Transsion və Vivo hər biri 8,2 faiz bazar payı ilə dördüncü yeri bölüşdülər.

Keçən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Apple-ın smartfon satış həcmi 4,1 faiz, Samsung-unki isə 2,7 faiz azalıb.