"Kommersant.az" xəbər verir ki, Çinin xarici işlər naziri Van, mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında, Çinin istənilən problemi danışıqlar yolu ilə həll etməyə hazır olduğunu bildirib.
Nazir, sözlərinə, Vaşinqtonla da dialoqa hazır olduqlarını, amma ABŞ tərəfindən də qarşılıqlı hörmət və ədalətli təklif prinsipi ilə çıxış etməyi gözlədiyini əlavə edib.
Van, bu vaxta qədər Vaşinqtonla dəfələrlə ticari gərginliyin həlli istiqamətində danışıqlar aparıldığını, lakin ABŞ-ın verdiyi vədləri yerinə yetirmədiyindən nəticə əldə edilmədiyini bildirib.