USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JPMorgan 2024-cü ildə rekord gəlir əldə edəcək

15.01.2025 İqtisadiyyat
0 0
ABŞ-ın ən böyük bankı olan JPMorgan Chase 2024-cü ildə rekord gəlir əldə edib.

JPMorgan 2023-cü ildəki 49,6 milyard dollardan 2024-cü ildə mənfəətinin 58,5 milyard dollar olacağını proqnozlaşdırır.

JPMorgan 31 dekabrda başa çatan dördüncü rübdə səhm başına 4,81 dollar olmaqla 14 milyard dollar mənfəət əldə etdiyini bildirib. Ötən ilin eyni dövründə mənfəət 9,3 milyard dollar və ya hər səhmə görə 3,04 dollar olub.

JPMorgan-ın investisiya bankçılığından əldə etdiyi gəlir dördüncü rübdə 46% artaraq 2,6 milyard dollara çatıb.

Dördüncü rübdə kredit itkiləri 2,63 milyard dollar olub. İdarə olunan aktivlər 18 faiz artıb.

  • Əvvəlki

    BlackRock-un aktivləri rekord vurdu

Digər xəbərlər

15.01.2025 İqtisadiyyat
Naxçıvanın büdcə gəlirləri artıb
0 0