"Kommersant.az" xəbər verir ki, ABŞ-ın İrana qarşı sanksiyaları artıracağı ilə bağlı yayılan məlumatlar ölkənin iqtisadi vəziyyətinə mənfi təsirlərini göstərməyə başlayıb. Belə ki, İranın pul vahidi rial (tümən) dəyərdən düşür.
"John Hopkins" Universitetinin müəllimi, professor Stiv Hankey proqnoz verərək, İranın pul vahidinin klassik "ölüm burulğanına" girdiyini bildirib.
ABŞ tərəfindən verilən məlumata görə, yeni sanksiyalar avqust ayının 1-dən etibarən qüvvəyə minəcək.