Bu il Azərbaycana gələn əcnəbilərin sayı 10 faizdən çox artıb

"Kommersant.az"xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin iyul sayında deyilir.
2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil edib. Yəni, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 113 milyon AZN və ya 22,3 faiz artıb.
2018-ci ilin iyun ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,7 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 27,3 faiz artıb.
Digər xəbərlər

Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib

Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
