2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 34055,8 milyon manat, xərcləri 31038,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin icrasında yaranmış 3017,7 milyon manatlıq profisit ümumi daxili məhsulun 2,7 faizinə bərabər olub.
Bildirilib ki, daxilolmaların 24,2 faizi əlavə dəyər vergisi, 19,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,1 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,3 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 1,8 faizi vergilərin digər növləri, 39,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Qeyd olunub ki, büdcə vəsaitlərinin 22,80 faizi iqtisadi fəaliyyətin, 18,51 faizi müdafiə və milli təhlükəsizlik tədbirlərinin, 12,21 faizi sosial müdafiə və sosial təminatın, 12,20 faizi ümumi dövlət xidmətlərinin, 11,90 faizi təhsilin, 7,81 faizi məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının, 5,11 faizi səhiyyənin, 9,46 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.