USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fed NGFS-dən çıxdığını açıqladı

18.01.2025 İqtisadiyyat
0 0
ABŞ Federal Ehtiyat Sistemi (Fed) Maliyyə Sisteminin Yaşıllaşdırılması Şəbəkəsindən (NGFS) çıxdığını elan edərək, işinin bankın qanuni səlahiyyətlərini aşdığını bildirib.

ABŞ Mərkəzi Bankının (FED) verdiyi açıqlamada, NGFS-nin iş dairəsinin getdikcə genişləndiyi və bankın hüquqi səlahiyyətlərindən kənarda qalan daha geniş məsələləri əhatə etdiyi bildirilib.

Açıqlamada, FED-in mərkəzi banklar və auditorların daxil olduğu NGFS-dən çıxdığı bildirilir.

NGFS 2017-ci ilin dekabrında səkkiz mərkəzi bank və nəzarət orqanı tərəfindən Paris Sazişinin məqsədlərinə nail olmaq, riskləri idarə etmək və ekoloji cəhətdən dayanıqlı inkişaf kontekstində əsas maliyyənin səfərbər edilməsində maliyyə sisteminin rolunu artırmaq üçün lazım olan qlobal reaksiyanın gücləndirilməsinə kömək etmək məqsədilə yaradılıb.

Fed, hazırda 160-dan çox üzvü və müşahidəçisi olan NGFS-ə 2020-ci ildə qoşulub.