Tədbirə Azərbaycanla yanaşı Misir, Pakistan, Zimbabve, Syerra-Leone və Botsvanadan 21 iştirakçı qatılıb. Seminarda müasir kənd təsərrüfatının inkişafı, kənd təsərrüffatı kooperativlərinin fəaliyyətinin təşkili, ənənəvi kənd təsərrüfatına dəstək, ağıllı kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatında ekoloji normaların qorunması mövzuları müzakirə olunub.
Seminarın proqramına mühazirələr, sahə turları və kulturoloji turlar daxil edilib. İştirakçılar seminarın Handan, Dezhou, Huzhou və Hangzhou şəhərlərinə səyahət etmək imkanı qazanıblar. Azərbaycan nümayəndə heyəti mühazirələrdə, sahə turlarında və kulturoloji turlarda fəal iştirak edib.
Təlimin sonunda Nazirliyin əməkdaşları tərəfindən Azərbaycan haqqında, xüsusən də kənd təsərrüfatının müxtəlif sahələrinin statistik göstəriciləri barədə təqdimat keçiriblər. Nümayəndə heyətinin üzvlərinə kursu müvəffəqiyyətlə başa çatdırdıqlarını təsdiqləyən sertifikatlar təqdim olunub.