USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 18 illik turizm şirkəti bağlanır

21.01.2025 İqtisadiyyat
0 0
"Azintourist Co LTD" şirkəti ləğv olunur.

Kommersant.az-ın əldə etdiyi məlumata görə, şirkət bununla bağlı yanvarın 16-da ümumi yığıncaq keçirib.

Yığıncaqda hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edilib.

Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, AZADLIQ PR., ev.1 ünvana bildirə bilərlər.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, "Azintourist Co LTD"şirkəti 2007-ci ilin aprelin 9-da dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi isə Ağayev Aydın Cümşüd oğludur.

  • Əvvəlki

    Mərkəzi Bank Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı yeni detalları açıqladı

Digər xəbərlər

21.01.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0
20.01.2025 İqtisadiyyat
“Bitkoin” kəskin bahalaşıb
0 0