USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın ABŞ prezidentliyinə yüksəlməsi rubla sərf edib

21.01.2025 İqtisadiyyat
0 0
Dollar/rubl pariteti 26 dekabr 2024-cü ildən bəri ilk dəfə 100-dən aşağı düşüb. Mövzu ilə bağlı ekspertlər rublun dollar qarşısında təxminən yüzdə 1 dəyər qazanmasının ABŞ prezidenti Trampın rəsmi olaraq vəzifəyə başladığı tarixə təsadüf etdiyinə diqqət çəkib.

Rubl dollar qarşısında 1 faizə yaxın dəyər qazandığı halda, dollar/rubl pariteti 26 dekabr 2024-cü ildən bəri ilk dəfə 100 səviyyəsindən aşağı düşüb.

Moskva birjası (MOEX) 0,83 faiz itirərək 2905 bənd təşkil edib. Dollara əsaslanan RTS indeksi də 0,82 faiz azalaraq 897 bənd olub.