USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azexport-a daxil olan ixrac sifarişlərinin dəyəri 50%-ə yaxın artıb

30.07.2018 İqtisadiyyat
0 0
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub.

"Kommersant.az" xəbər verir ki, "İxrac İcmalı"nda 2018-ci ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Göstərilib ki, 2018-ci ilin iyun ayı ərzində Azexport.az portalına 34,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Ümumilikdə isə 2018-ci ilin birinci yarısında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Bu isə Azexport.az portalının ötən müddətdə dünya miqyasında daha çox tanınmasından qaynaqlanır. Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 iyun tarixinə kimi (18 ay ərzində) Azexport.az portalına dünyanın 96 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon ABŞ dolları təşkil edib.

İcmalın iyul sayında Azexport.az portalının yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlaması barədə məlumata da yer verilib.

© Marja

  • Əvvəlki

    Lirə kəskin ucuzlaşdı - SON QİYMƏT

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0