USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gündəlik kreditləșmənin artımı Mərkəzi Bankın marağında deyil - Taleh Kazımov

22.01.2025 İqtisadiyyat
0 0
Gündəlik kreditlərin artımı Mərkəzi Bankın strateji sektorun inkişafı nöqteyi-nəzərdən maraqlı deyil.

Kommersant.az xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

"Biz bank olmayan kredit təşkilatları (BOKT), ümumiyyətlə, mikromaliyyələşdirilmə sahəsində bu il kifayət qədər çox yeniliklər gətirəcəyik. BOKT-larla bağlı qaydalara etdiyimiz dəyişikliklər hesab edirik ki, sektorun inkişafına dəstək olacaq.

Gündəlik kreditlərin inkişafı, onların sürətlə artırılması Mərkəzi Bankın marağında deyil. Çünki həm maliyyə institutu, həm də istehlakçı kifayət qədər riskləri ilə üzləşə bilər. Ona görə də biz orada daha çox risk olduğu üçün biz həmin sahələrə ehtiyatlar tələblərini artırmışıq. Gündəlik kreditlərin artımı Mərkəzi Bankın strateji sektorun inkişafı nöqteyi-nəzərdən maraqlı deyil", - sədr bildirib.