USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Asiya fond bazarları qarışıqdır

22.01.2025 İqtisadiyyat
0 0
Asiya fond bazarları qarışıq tendensiya izləyir.

ABŞ-ın yeni prezidenti Donald Trampın həyata keçirəcəyini söylədiyi ticarət tariflərinin iqtisadiyyata potensial təsiri ilə bağlı suallar risk qavrayışını artırdığından qlobal bazarlarda qarışıq tendensiya müşahidə olunur.

Kanada və Meksikaya 25 faiz əlavə gömrük rüsumu tətbiq etməyi düşündüyünü açıqlayan Tramp, Çinə 10 faizlik gömrük rüsumunun tətbiq ediləcəyi tarix olaraq fevralın 1-nə işarə edib.

Dünən kommersiya tarifləri müzakirələri ilə bağlı açıqlamalar verən Çin Baş nazirinin müavini Ding Xuexiang, proteksionizmin sizi heç bir yerə aparmayacağını ifadə edərək, "Ticarət müharibəsində qalib yoxdur" deyib.

Ölkənin ticarət profisiti axtarmadığını ifadə edən Ding, ticarəti tarazlaşdırmaq üçün yüksək keyfiyyətli məhsul və xidmətləri idxal etməyə hazır olduqlarını söyləyib.

Analitiklər, ABŞ administrasiyasının tətbiq edəcəyini bildirdiyi ticarət tariflərinin ölkənin ticarət balanslarına, xüsusilə də ixrac rəqəmlərinə təsir edə biləcəyini və beləliklə, istehsal sənayesi fəaliyyətində problemlər yarada biləcəyini qeyd ediblər.