"Kommersant.az" xəbər verir ki, ingilis seçicilərinin yarısı 3 "Brexit" seçimi üçün referendum tələb edir. Bu üç variantın biri hökumətin Avropa Birliyi ilə ortaq qəbul etdiyi şərtləri dəstəkləmək, digəri hər hansı danışıq olmadan birlikdən ayrılmaq, üçüncüsü isə AB-də qalmaqdır.
"Sky News" telekanalı məsələ ilə bağlı ilkin anket sorğusu keçirib və nəticələrə görə, əhalinin 48%-i AB üzvlüyündə qalmaq, 27%-i razılıqsız AB-ni tərk etmək, 13%-i isə ortaqlığı dəstəklədiyini bildirib.